ADU-nun Konfutsi İnstitutu “Yay məktəbi: Çində təhsil” mövzusunda seminar təşkil edib

ADU-nun Konfutsi İnstitutu “Yay məktəbi: Çində təhsil” mövzusunda seminar təşkil edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu “Yay məktəbi: Çində təhsil” mövzusunda onlayn seminar keçirib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tələbələrin Çin dilinə böyük maraq göstərmələrindən danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanları da diqqətə çatdırıb. Çində təhsil imkanlarından söz açan professor Konfutsi İnstitutunun hər zaman tələbələrinin yanında olduğunu da qeyd edib.
Çində 2 həftəlik yay məktəbi layihəsində iştirak edən ADU-nun çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova təcrübəsindən danışıb. O, təcrübə zamanı görülən işlər, Çində gəzdiyi şəhərlər və əldə etdiyi biliklər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda, pandemiya dövründə Çində 1 illik təhsil proqramı qazanan ADU-nun çinşünaslıq ixtisasının tələbəsi Fəyyaz Qorçubəyli də çıxış edib. O, təhsil proqramının qeydiyyat mərhələləri haqqında məlumat verib, pandemiya səbəbindən dərslərin onlayn keçirildiyini bildirib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər