Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu “Yay məktəbi: Çin dili və öyrənmə metodları” adlı onlayn seminar keçirib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov son dövrlərdə tələbələr arasında Çin dilinə olan maraqdan, təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. O, tələbələrə ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş kitabları haqqında da danışıb. Həmçinin Azərbaycanda Çin dilinin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.
Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva isə Çin dilinin tarixindən bəhs edib. O, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. Həmçinin Çin dilinin öyrənilməsi metodlarından söz açaraq tələbələrə yay aylarında faydalı olacaq proqramlar haqqında məlumat verib. N.Qocayeva Konfutsi İnstitutunda rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini də bildirib.
Konfutsi İnstitutunun Çin dili müəllimləri ADU-nun çinşünas tələbələri üçün keçirilən onlayn dərslər barədə məlumat veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az