AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti elmi şurası keçirilib. İclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq institutun həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib. Akademik İsa Həbibbəyli keçirilmiş tədbir və konfranslarla bağlı ətraflı məlumat verməklə yanaşı, yeni çap məhsullarını - Nizami Gəncəviyə həsr olunmuş “Qardaş qələmlər” və “Türk ədəbiyyatı” jurnallarını, həmçinin Nüşabə Araslının “Nizami Gəncəvi və türk ədəbiyyatı” kitabını təqdim edib. Həmin mövzuda indiyədək akademiyada 18 kitabın, 5 jurnalın işıq üzü gördüyü diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında 18 fevral 2021-ci il tarixli Sərəncamına uyğun olaraq institutun həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barədə professor Məhərrəm Qasımlı məlumat verib. O, həmçinin Ədəbiyyat İnstitutu ilə AAB-nin birgə nəşri olan “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı və oktyabrda keçirilməsi nəzərdə tutulan konfrans haqqında iştirakçıları məlumatlandırıb.
Bundan başqa, Xalq yazıçısı Mirzə İbrahimovun 110 illik yubileyinin qeyd edilməsi haqqında və Türkiyə Cümhuriyyətində elan olunmuş “Yunus Əmrə və Türk dili ili” ilə əlaqədar olaraq institutda keçiriləcək “Yunus Əmrənin sənət dünyası və idealları” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq haqqında müzakirələr aparılıb.
İnstitutun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə Vəlixanovanın 85 illik yubileyinin qeyd edilməsi qərara alınıb.
Sonra İnstitutun Elmi informasiya və tərcümə şöbəsinin 20 illik fəaliyyəti haqqında şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva ətraflı məlumat verib.
Gündəlikdəki 2021-ci il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbər və mövzularının təsdiqi, magistratura tədris planlarının müzakirəsi və təsdiq edilməsi və digər məsələlər barəsində Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov məlumat verib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çap və müsabiqə məsələləri ilə bağlı işləri diqqətə çatdırıb.
Tehsil-press.az