Ədəbiyyat İnstitutunun Elmi şurasının 2020-ci ilin yekunlarına həsr olunan onlayn iclası keçirilib.
İclası elmi müəssisənin direktoru, akademik İsa Həbibbəyli açaraq 2020-ci ili Azərbaycanın minillik tarixində parlaq səhifə adlandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə qazanmaqda bizə dəstək olan bütün dost və qardaş ölkələrə təşəkkür edib. Bu qələbəni Azərbaycan və Türkiyənin ortaq qələbəsi kimi mənalandırıb.
İclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, qonaq qismində Türkiyədən professor Orhan Söyləməz, Çingiz Alyılmaz və Cənubi Koreyadan professor Oh Eunkyunq iştirak ediblər. Hər üç alim Azərbaycanla bağlı göstərdikləri çoxcəhətli fəaliyyətlərinə görə institutun “İlin alimi” mükafatı ilə təltif olunublar. Həmçinin institutdan professorlar Teymur Əhmədov və İslam Qəribli, filologiya elmləri doktorları Rəhim Əliyev, Lütviyyə Əsgərzadə və Bəsirə Əzizəliyeva 2020-ci ildəki fəaliyyətlərinə görə “İlin alimi” mükafatına layiq görülüblər.
Qonaq iştirakçılardan Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh çıxış edərək Azərbaycan və Cənubi Koreya arasındakı ədəbi-mədəni əlaqələr haqqında geniş məruzə edib. O, ölkəmizin apardığı Vətən müharibəsi ilə bağlı Cənubi Koreyada məqalələr çap etdirdiyini bildirib.
Türkiyəli alimlərdən Uludağ Universitetinin bölüm rəhbəri Cengiz Alyılmaz və Kastamonu Universitetinin professoru Orhan Söyləməz Azərbaycan ədəbiyyatının təbliği istiqamətində gördükləri işlər barəsində ətraflı məlumat veriblər.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli institutun 2020-ci il üzrə illik elmi hesabatını təqdim edərək il ərzində görülmüş işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, il ərzində institut əməkdaşları iki istiqamət, 12 problem, 31 mövzu və 121 iş üzərində tədqiqat aparıblar. İlin böyük bir hissəsinin pandemiya dövrü olmasına baxmayaraq institut əməkdaşlarının ümumi nəşrlərinin sayı 1296 olub ki, həmin nəşrlərin 88-i kitab, digərləri isə məqalələr, konfrans materiallarıdır.
İnstitutun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2020-ci il üzrə illik elmi hesabatını filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova təqdim edib.
Tehsil-press.az