Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin iclası keçirilib.
Müvafiq elmi müəssisələrin rəhbərlərinin və əməkdaşların iştirak etdikləri iclasda bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdəki məsələləri diqqətə çatdırdıqdan sonra elmi-təşkilati məsələlərə baxılıb. Bölməyə daxil olan elmi müəssisələrdə 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında müzakirə aparılıb və dissertasiya mövzuları barədə məlumat verilib.
Akademik T.Kərimli bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 24 nəfərin qəbul olunduğunu bildirib. Akademik qeyd edib ki, dissertasiya mövzuları doktorantlara verilməzdən əvvəl elmi müəssisələrdə müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmalıdır. Alim mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsini tövsiyə edib.
Müzakirələrdən sonra doktorantların dissertasiya mövzuları təsdiq olunub və Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
İclasda bölmənin elmi müəssisələrində struktur dəyişiklikləri ilə bağlı məsələlərə baxılıb. Bölmənin qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin nəzdində ədəbi cərəyanlar sektorunun yaradılması, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran regional şöbəsinin Aran regional filialı adlandırılması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonra AMEA alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün elan olunan müsabiqə barədə müzakirələr aparılıb və bölmə üzrə namizədlərin təsdiqi və müsabiqəyə təqdim edilməsi qərara alınıb.
İclasda kadr məsələsinə də baxılıb.

Kəmalə Rəhimli