UFAZ-da “Qazma zamanı ölçmə” mövzusunda seminar keçirilib

UFAZ-da “Qazma zamanı ölçmə” mövzusunda seminar keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Schlumberger” şirkətinin maili qazma üzrə mühəndisi Fərhad Qədimov tərəfindən “Qazma zamanı ölçmə” mövzusunda seminar keçirilib.
Seminarda F.Qədimov tələbələrə müasir neft sənayesində qazma zamanı ölçmə texnikası barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Fərhad Qədimov “Schlumberger” şirkətinin Səudiyyə Ərəbistanındakı layihələrindən birində çalışır.
Seminar UFAZ və ADNSU tələbələrinin Geofizika Cəmiyyətinin təşəbbüsü ilə reallaşdırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər