Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Strasburq Universitetinin Kimya fakültəsinin direktoru Jean-Marc Planeix, Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva, həmçinin tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın direktoru, dosent Vazeh Əskərov rəhbərlik etdiyi universitet haqqında məlumat verib.
Sonra UFAZ-ın Baş katibi Şarlotta Payen görüşün məqsədi və əhəmiyyətindən danışıb.
Daha sonra “Alstom” və “Schlumberger” şirkətləri ilə UFAZ, eləcə də MEDEF ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası arasında rəsmi anlaşma memorandumu imzalanıb.
İmzalanmadan sonra MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö “Fransada aparıcı sahibkarlıq şəbəkəsi” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
ADNSU-nun Mətbuat Xidməti