Lotereyada qazandığı pulu almadan öldü

Lotereyada qazandığı pulu almadan öldü ABŞ-ın Miçiqan ştatının Huron əyalətində yaşayan Qreqori Javris adlı şəxs lotereyada qazandığı pulu almadan vəfat edib.
O, 13 sentyabr tarixində “Club Keno” adlı şans lotereyasından 45 min dollar qazanıb. Lakin sentyabrın 27-də onun cəsədi qayığı ilə birgə sahildən tapılıb.
Polis Javrisin tamah məqsədi ilə qətlə yetirildiyini düşünsə də, lotereya biletinin üzərindən çıxması bu ehtimalı aradan qaldırıb. Ekspertiza nəticəsində 57 yaşlı kişinin suda boğularaq öldüyü məlum olub.
Qeyd edək ki, amerikalı ölmədən öncə qazandığı məbləği almaq istəyib. Lakin sosial kartı olmadığı üçün bu, baş verməyib. Javris bundan sonra sözügedən kart üçün müvafiq quruma müraciət etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər