Tramp Tvitter üçün məhkəməyə müraciət etdi

Tramp Tvitter üçün məhkəməyə müraciət etdi ABŞ-ın keçmiş prezidenti Donald Tramp Tvitter hesabının açılması üçün federal məhkəməyə müraciət edib.
Trampın vəkilləri Florida Federal Məhkəməsində Tvitter və Baş meneceri Cek Dorseyə qarşı iddia qaldırıb.
“Bu ölkədə siyasi diskursu idarə etmək üçün tarixdə bənzəri görülməmiş və demokratik müzakirəyə qarşı son dərəcə təhlükəli bir şəkildə güc tətbiq edilib”, - iddia ərizəsində bildirilib.
Qeyd olunub ki, Tvitter ayrı-seçkiliyə yol verir, belə ki, “Taliban” üzvləri Tvitter hesablarını aktiv olaraq istifadə edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər