ABŞ-da koronavirus qurbanlarının xatirəsi yad ediləcək

ABŞ-da koronavirus qurbanlarının xatirəsi yad ediləcək ABŞ-da koronavirus qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqları endiriləcək. Bu barədə ölkə Prezidenti Donald Tramp Tvitter səhifəsində bildirib.
“Mən koronavirus səbəbindən həyatını itirmiş amerikalıların xatirəsini yad etmək üçün növbəti 3 gün ərzində bütün federal binalarda və milli abidələrdə bayraqları endirəcəyəm”, - Ağ Ev rəhbəri yazıb.
Tramp əlavə edib ki, bazar ertəsi vətənlərinin azadlığı uğrunda canından keçənlərə ehtiram günündə (Xatirə Günü) də bayraqlar endiriləcək.
Qeyd edək ki, ən son məlumatlara görə, ABŞ-da 94 mindən çox insan koronavirusun qurbanı olub.

Tehsil-press.az

Oxşar xəbərlər