Ötən ilin dekabrında Bakının Maştağa qəsəbəsində oğlunu və gəlinini baltalayan Mehti İsmayılov məhkəmədə hadisənin təfərrüatını danışıb.
M.İsmayılov ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib:
“Rəşad uşaqlıqdan problemli övlad olub, 6 il həbsdə yatıb. Hər gün anası ilə dalaşıb, onu döyürdü. Cəmalə Rəşadın ikinci arvadıdır. Gəlinim heç yerdə işləmirdi, amma ev işlərində yoldaşım Sevilə kömək etmirdi, bütün günü bizimlə dalaşırdı. Rəşad özü işləmirdi, hər gün məndən pul alırdı. Pulu alandan sonra da kefinə, istirahətinə xərcləyirdi, nə ailəsinə, nə də bizə baxırdı. Hər xırda məsələyə görə evdə dava-dalaş salır, tez-tez anası Sevili döyür, təhqir edirdi. O, uzun illər yığdığım pulları öz kefinə xərcləyərək məni müflis etdi. Hətta evin əşyalarını aparıb satırdı. Nəsə söz deyən kimi məni təhqir edib söyürdü. Pul verməsəm, evdəki hər şeyi satacağı ilə hədələyirdi”.
M.İsmayılov bildirib ki, bütün bunlardan sonra oğlunu öldürmək qərarına gəlib: “Yerimdə uzanmışdım, birdən son günlər Rəşadın etdiyi hərəkətlər yadıma düşdü, onu öldürmək qərarına gəldim. Həyətdən baltanı götürüb evə girdim, sakitcə Rəşadın yatdığı otağa keçdim. Rəşada yaxınlaşıb yatdığına əmin oldum, sonra baltanın arxa hissəsi ilə onun başına vurdum. Amma Rəşad ölmədi, həmin vaxt gəlinim Cəmalə oyanıb məni itələdi. Cəmalənin aralanması üçün baltanı bir-iki dəfə ona tərəf havada yellədim. Bu vaxt Rəşad ayağa qalxdı və əli ilə başından tutaraq qapıya doğru getdi. Səs-küyə həyat yoldaşım Sevil gəldi və Rəşadla birlikdə baltanı əlimdən aldı. Sonra öz otağıma keçib yerimdə oturaraq düşünməyə başladım. Baş verənlərdən qurtulmaq üçün özümü öldürmək istədim. Mətbəxə keçib boğazımı kəsmək istədim. Bu zaman qonşuluqda yaşayan Vahid gəldi və əlimdən bıçağı aldı”.
Məhkəmədə dindirilən Rəşad İsmayılov atası ilə yola getmədiklərini təsdiqləyib: “Atam gecələr qışqırırdı, yatdığım otağa icazəsiz daxil olurdu və dəfələrlə bıçaqla özünü öldürməyə çalışmışdı. Buna görə biz yatdığımız otağın qapısını qıfılla bağlayırdıq. İçəri necə daxil olduğunu bilmirəm. Səhər saatlarında başımdan zərbə alanda oyandım, üzümdən qan axdığını gördüm. Həmin vaxt nə baş verdiyini anlamadım. Özümü toparlamağa çalışsam da, huşsuz olduğumdan ayağa qalxa bilmədim. Otaqdan Cəmalənin qışqırıq səslərini eşitməyə başladım, amma başımdakı ağrıdan hərəkət etməyə gücüm olmadı. Son olaraq atamın əlindən baltanı alıb həyətə tulladığımı, sonra uzandığımı xatırlayıram. Ayılanda artıq xəstəxanada idim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından baltayla zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.
Tehsil-press.az