“Futbola baxacaqdım, gördüm televizoru satıb, öldürdüm” - “Barselona” azarkeşi

“Futbola baxacaqdım, gördüm televizoru satıb, öldürdüm” - “Barselona” azarkeşi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “bomj” həyatı yaşayan Zahir Hacıağayevi öldürməkdə təqsirləndirilən Sadiq Nəhmətovun məhkəməsi keçirilib.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. S.Nəhmətov özünü təqsirli bildiyini deyib: “Mən Zahirin xalası oğlugildə işləyirdim, orada içki içmişdim. Evə gəlib gördüm qapı açıqdır, televizor da yoxdur. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də “Barselona”nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhəlləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.
Sunamhacı Hacıağayeva deyib ki, Z.Hacıağayev onun qaynı olub: “Zahirin bir qardaşı var, o da cəza evindədir. Hadisəni mən sonradan bilmişəm. Zahir atası ilə yaşayırdı, hadisədən öncə atası təzə rəhmətə getmişdi. Onun narkotik çəkdiyini bilirdik. İndi şikayətçi deyiləm, bu, onların öz aralarında olan məsələdirr.
Proses martın 27-də davam etdiriləcək.
İttihama görə, 2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlayaraq öldürüb. Z.Hacıağayev əvvəllər məhkum edilib. O, tüfeyli həyat yaşayıb.

Tehsil-press.az

Oxşar xəbərlər