"Hər səhər evin qapısını açan kimi Azərbaycan əsgərlərini görürəm" - Ermənistan sakini

Ermənistanın Kəlbəcərlə sərhəd kəndində yaşayan Armen Martirosyan yerli mətbuata bildirib ki, hər səhər evin qapısını açan kimi Azərbaycan əsgərlərini dağlarda görür.
Kənd sakininin sözlərinə görə, Azərbaycan ordusu qışa hazırlaşır. "Binoklla baxırıq, bütün hərəkətlərini görürük. Əvvəllər dağlarda çadırlar qurmuşdular, indi bir neçə çadır qalıb, əvəzində otaqlar tikiblər. Kəlbəcərdən qış üçün odun gətirirlər. Bir sözlə, onların qoşunları burada qaldı, getməyəcəklər",- deyə kənd sakini ümidsizliyini ifadə edib.
O bildirib ki, həm onların kəndi, həm də qonşu kəndlərin sakinləri bu gün ciddi sosial problemlərlə üzləşiblər. Onun iddiasına görə, Azərbaycan tərəfi yayda otlaqları yandırıb: “Ölkəmizin səlahiyyətliləri kəndlilərin odun gətirdikləri Kəlbəcəri bir imza ilə təslim etdilər. Burada həyat çox çətinləşdi. Yanacaq yoxdur, əvvəllər insanlar heç olmasa, Kəlbəcərdən odun gətirirdilər, indi yoxdur․․․ Çox qorxunc bir vəziyyətdir. Bir ot bağlaması 2000 drama satılır. İnsanlar bu qiymətə ot ala bilmirlər, heyvanları kəsmək məcburiyyətində qalırlar. O vaxt Kəlbəcərdən ot gətirirdik, amma Azərbaycan qoşunları gəlib oturandan sonra bizə ot yığmağa icazə vermədilər, yaxınlaşsan, vurarlar”.
Küt kəndinin bələdiyyə sədri Sima Çitçyan yerli mətbuata bildirib ki, hazırda kənddə ümumi vəziyyət nisbətən sakitdir və burada Rusiya sərhədçiləri yerləşib. O, hökumətin bələdiyyələrin genişləndirilməsi barədə qərarını da tənqidlə qarşılayıb: "Əgər qərar artıq qəbul edilibsə, insanlar başqa nə edə bilərlər? Heç nə. Kim bizim sakinlərdən soruşdu ki, razıdırlar, ya yox? Kəndimizdə ictimai müzakirə olmadı. Amma hamı bunun əleyhinədir".

"Hər səhər evin qapısını açan kimi Azərbaycan əsgərlərini görürəm" - Ermənistan sakini

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd, Foto: Arxiv
Xatırladaq ki, Azərbaycan ordusu təxminən son 5 ay ərzində Zəngəzur ərazisində Ermənistanın qanunsuz olaraq ələ keçirdiyi kəndləri geri qaytarmağa başlayıb. Ermənistan tərəfi hələ də iddia edir ki, Azərbaycan ordusu onların suveren ərazisinə daxil olub. Amma Azərbaycan tərəfi sovet illərinin xəritələrinə əsasən öz sərhədlərini sona qədər dəqiqləşdirməkdə isrtarlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər