Ermənistanın Sünik bölgəsindəki Şurnuxu kəndinin sakinləri, kəndin Azərbaycana qaytarılan hissəsində yerləşən tərk etdikləri evləri yandırırlar.
Bu barədə Şurnuxu kənd sakini Ararat Ağabekyan 4 yanvar tarixində video yayımlayaraq məlumat verib.
Kənd sakini səlahiyyətlilərin son hərəkətlərinin buna yol açdığını bildirib: “Nikol, budur şurnuxululardan sənin üçün yeni il hədiyyəsi. Növbə ilə yandıracağıq və ən böyük odda səni yandıracağıq. Sən qoşunları, insanları məhv etdin, səni söyməyi, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən”.
Qeyd edək ki, Şurnuxu kəndinin bir hissəsinin Azərbaycana qaytarılması səbəbindən həmin ərazidə yerləşən 12 evin sakinlərinə yanvarın 5-nə qədər evlərini boşaltmaq üçün vaxt verilib.
Xatırladaq ki, analoji hadisələr Kəlbəcər, Ağdam və Laçında da yaşanıb.
Tehsil-press.az