AzTU: Təlimlərdə iştirak edən professor-müəllim heyətinə diplomlar təqdim olunub

AzTU: Təlimlərdə iştirak edən professor-müəllim heyətinə diplomlar təqdim olunub Moskva Dövlət Qida İstehsalı Universitetinin təlimçi-müəllimlərinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) professor-müəllim heyəti üçün təşkil edilən ikigünlük ixtisasartırma təlimlərinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Moskva Dövlət Qida İstehsalı Universitetinin beynəlxalq əlaqələr və əlavə peşə təhsili üzrə prorektoru İrina Danilçenko, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov və AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov iştirak edib.
Çıxış edənlər təlimlərdən sonra təşkil olunan attestasiyadan müvəffəqiyyətlə keçən professor-müəllim heyətinə təbriklərini çatdırıb və onlara diplomları təqdim ediblər.
Layihə Azərbaycan Respublikasında milli kadrların kvalifikasiyalarının artırılması məqsədilə yerinə yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər