Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə növbəti işçi görüş keçirilib.
Görüş zamanı layihə üzrə Avropa tərəfdaşlarının klaster təcrübəsi, o cümlədən onların hüquqi təşkilatlanma formaları, idarəetmə strukturları, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, gəlir mənbələri, strateji inkişaf planları və hədəfləri haqqında ətraflı məlumat verilib. Həmçinin Avstriya, Litva, Polşa, İtaliya və İspaniyada fəaliyyət göstərən klasterlərin nümunəsində təqdimatlar edilib və müzakirələr aparılıb.
Daha sonra layihə üzrə Azərbaycan, Moldova və Ukraynada bilik mərkəzlərinin yaradılması üzrə yol xəritələrinin hazırlanması məsələləri müzakirə edilib.
Onlayn işçi görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva iştirak ediblər.
Tehsil-press.az