AzTU ilə Moskva Dövlət Qida İstehsalı Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir

AzTU ilə Moskva Dövlət Qida İstehsalı Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir Azərbaycan Texniki Universiteti (AzTU) ilə Moskva Dövlət Qida İstehsalı Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında milli kadrların kvalifikasiyalarının artırılması məqsədilə yerinə yetirilən layihəyə uyğun olaraq ixtisasartırma proqramının əyani hissəsinin açılışı keçirilib.
Rektor Vilayət Vəliyev layihə çərçivəsində təşkil olunan ixtisasartırma proqramında iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılmasının önəmli olduğunu vurğulayıb. Qeyd edib ki, bu layihə universitetlər arasında əməkdaşlığın gələcək inkişafı üçün uğurlu başlanğıcdır.
Daha sonra Moskva Dövlət Qida İstehsalı Universitetinin beynəlxalq əlaqələr və əlavə peşə təhsili üzrə prorektoru İrina Danilçenko layihənin əyani hissəsinin AzTU-da keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. O, iki universitet arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Qeyd olunub ki, layihədə iştirak edən AzTU-nun 20 nəfərdən ibarət professor-müəllim heyəti 2 günlük əyani təlimlərdən sonra attestasiya olunacaq və onlara diplomlar təqdim ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər