Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Nadir oğlu Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
Sübhan Namazov 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetini “fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.
2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan Sübhan Namazov ümumilikdə 170 elmi əsərin, o cümlədən xaricdə dərc olunmuş 45 elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 25 məqalənin, 2 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.
Professor Sübhan Namazov 2001-2002-ci illərdə Almaniyanın Aaxen Texniki Universitetində, 2013-cü ildə Almaniyanın Rostok Universitetində, elə həmin il Polşanın Varşava Politexnik İnstitutunda və Almaniyanın Köln Tətbiqi Elmlər Akademiyasında elmi ezamiyyətlərdə olub.
Sübhan Namazov 2013-2015-ci illərdə AzTU-da Almaniyanın Köln, Avstriyanın Qraç və Polşanın Varşava Politexnik Universitetləri ilə birgə yerinə yetirilən TEMPUS layihəsi çərçivəsində “Qiymətləndirmə və keyfiyyət menecmenti” üzrə mərkəzin rəhbəri olub.
Qeyd edək ki, hazırki təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışan Sübhan Namazov rus, ingilis və alman dillərini mükəmməl bilir.

Hikmət Əliyev