“İrəvan hesab edir ki, Qarabağda rus sülhməramlıların iştirakı yalnız Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatında təsbit edilənlərlə məhdudlaşmayacaq”.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinin efirində deyib.
“Azərbaycanın rus sülhməramlılardan mümkün imtina etməsi məsələsi bizim gündəmimizdə yer alıb. Hadisələr bu cür inkişaf edərsə, addımlarımızı necə atacağımızı başa düşmək üçün bu mövzunu rusiyalı tərəfdaşlarımızla müzakirə edirik”, - deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, İrəvan Rusiyanın Qarabağda daha uzun müddət qalacağını hesab edir və 9 noyabr bəyanatında nəzərdə tutulan müddətdən daha artıq qalması üçün hər şeyi edəcək: “Əgər Azərbaycan rus sülhməramlıların Qarabağda iştirak müddətinin uzadılmasına razı olmasa, biz güclərimizi birləşdirməyə və problemin həlli yolunu tapmağa cəhd edəcəyik. Lakin Qarabağda baş verənlər, yəni infrastrukturun yaradılması deməyə əsas verir ki, Rusiyanın orada daha çox qalmaq planı var”.
Tehsil-press.az