Ermənistan Prezidenti ölkəsinin səhvlərini etiraf edir

Ermənistan Prezidenti ölkəsinin səhvlərini etiraf edir Qarabağda müharibənin qarşısını almaq olardı.
Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində bildirib.
“Mənə elə gəlir ki, hərbi əməliyyatlar olmadan bu cür problemlərin həllinə həmişə yol tapmaq olardı”, - Sarkisyan deyib.
O xatırladıb ki, birinci müharibədən sonra münaqişənin həlli ilə məşğul olan təşkilat fəaliyyət göstərib, söhbət ATƏT-in Minsk qrupundan gedir. O, ünsiyyət, dialoq və s. üçün mexanizm təmin edirdi.
“Amma bizim tərəfimizdən baxsaq, söhbət səhvlərimizdən gedir - biz istədiklərimizə yenidən inandıq. Bizə elə gəldi ki, müharibə artıq bitib, məsələ artıq həll olunub. O isə heç də həll olunmamışdı”, - Prezident deyir.
O hesab edir ki, Ermənistan müəyyən addımlar atmalı idi – Qarabağda müdafiə qabiliyyətini gücləndirməli, daha müasir hərbi infrastruktur yaratmalı idi.

Tehsil-press.az



Oxşar xəbərlər