UNEC-də seminar: Azərbaycanın dövlət müstəqilliyi illərində iqtisadi inkişafın prioritetləri

UNEC-də seminar: Azərbaycanın dövlət müstəqilliyi illərində iqtisadi inkişafın prioritetləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin İqtisadiyyat (rus dilində) kafedrasında “Azərbaycanın dövlət müstəqilliyi illərində iqtisadi inkişafın prioritetləri” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən UNEC-in tədbirlər planı çərçivəsində İqtisadiyyat kafedrası (rus dilində) və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Xarici universitetlərdən dəvət olunan professor–müəllim heyəti - Rumıniyanın ARTIFEX Universitetinin professoru Qennadi Çobanu, Ukraynanın B.Xmelnitski adına Milli Universitetinin İdarəetmə və iqtisadi təhlükəsizlik kafedrasının müdiri, professor Nataliya Zaçosova və Moldovanın İqtisadi Tədqiqatlar Milli İnstitutunun professoru Anatoliy Rojko və dosenti Tatyana Qutyum məruzə ilə çıxış ediblər. Məruzələrdə 30 il müddətində Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndiyi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramlarının da mühüm rol oynadığı vurğulanıb.
Fikir mübadiləsi şəraitində davam edən canlı bağlantı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər