“İqtisadi və sosial inkişaf” mövzusunda 55-ci beynəlxalq konfrans işə başlayıb

“İqtisadi və sosial inkişaf” mövzusunda 55-ci beynəlxalq konfrans işə başlayıb İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə “İqtisadi və sosial inkişaf” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçirilir. Tədbir UNEC-in 90 illik yubileyinə həsr olunub.
Konfransın açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov iqtisadi inkişafın proqnozlarından danışıb. Rektor qeyd edib ki, COVID-19 pandemiyası bütün dünyada iqtisadiyyat, sosial təminat, təhsil və ərzaq istehsalı sahələrinə təsir göstərir. Hazırda evdən işləmək, onlayn istehsal, distant təhsil məsələləri təhlil olunur.
Sonra Sosial və İqtisadi İnkişaf qurumunun təşkilat komitəsinin rəhbəri Domaqoj Cinqula ilə videobağlantı yaradılıb. D.Cinqula mövzunun aktuallığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Onlayn tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təhsil nazirinin müavini İdris İsayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və başqaları çıxış ediblər. Konfrans işini plenar sessiyalarda davam etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər