Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “Qarabağa kitabla gedək” aksiyasına qoşulub.
VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sonuncu günündə “Qarabağa kitabla gedək” adlı kitabtoplama layihəsinin təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Qələbədən danışıb. O, düşmənin tarixi abidələri, mədəniyyət obyektlərini tamamilə dağıtdığını qeyd edərək bildirib ki, işğal dövründə 975 kitabxana binası məhv edilib, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondu talan olunaraq yandırılıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxış edərək BDU-nun da aksiyaya qoşulduğunu bildirib. Qeyd olunub ki, bu günə qədər universitetin ayrı-ayrı fakültələri 1000-ə yaxın ədəbiyyatı Azərbaycan Milli Kitabxanasına təqdim edib. BDU-nun Elmi Kitabxanası öz zəngin fondundan aksiyaya kitablar hədiyyə edəcək. Bu kitablar Qarabağda kitabxanaların bərpa olunmasına töhfə olacaq.
Sonda sərgidə iştirak edənlər layihəyə öz nəşrlərini təqdim ediblər.
Tehsil-press.az