BDU: “Gənc İstedadlar” liseyinin şagirdlərinə kitablar hədiyyə olunub

BDU: “Gənc İstedadlar” liseyinin şagirdlərinə kitablar hədiyyə olunub Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşəbbüsü ilə “Gənc İstedadlar” liseyində Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.
Məktəblilərin dünyagörüşünün inkişafında kitabların rolunu və mütaliənin əhəmiyyətini nəzərə alaraq keçirilən tədbirin əsas məqsədi şagirdlərin kitaba olan marağını artırmaq, onların mütaliə mədəniyyətini yüksəltmək olub.
Elmi Kitabxananın ehtiyat fondundan liseyin şagirdlərinə 50-dək kitab hədiyyə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər