BDU-nun müəllimləri elmi konfransda çıxış ediblər

BDU-nun müəllimləri elmi konfransda çıxış ediblər Bakı Dövlət Universitetinin (BDU) müəllimləri “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusunda onlayn respublika elmi konfransında iştirak ediblər.
Tədbirdə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika”, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda 30 ilə yaxın erməni işğalının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyi və vandalizm faktları statistik rəqəmlərlə qeyd edilib, müharibə cinayətlərində iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunması hüquqi kontekstdə təhlil olunub. Eyni zamanda, işğalaqədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər