Bakı Dövlət Universitetində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar

Bakı Dövlət Universitetində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində BDU-nun təbiət elmləri fakültələri və elmi-tədqiqat institutlarının professor-müəllim heyəti, tədqiqatçıları və tələbələri üçün “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar keçirib.
Təlim-seminarda universitetin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxış edərək AZ.KİK-in yaranması, fəaliyyəti, üzvləri, beynəlxalq əlaqələri və planları barədə danışıb, beynəlxalq EİFL konsorsiumunun üzvü kimi elektron mənbələrə endirimli qiymətlərlə abunənin və elektron informasiyaya əlyetərliyin təmin olunması haqqında geniş məlumat təqdim edib.
Sonra EİFL.net-in yerli təmsilçiləri - EİFL konsorsiumu üzrə milli əlaqələndirici və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova, “Open Access” və Lisenziyalaşdırma üzrə ölkə koordinatoru İltifat İbrahimov təqdimatla çıxış edərək, elmi araşdırmalar zamanı “EBSCOhost” platformasında interaktiv axtarış, elektron resurslardan, tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi, “Open Access” jurnallarda məqalə nəşrinə endirimli qiymətlər haqqında ətraflı məlumat veriblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər