Deputat yüksək bal toplayan tələbələrlə görüşdü

Deputat yüksək bal toplayan tələbələrlə görüşdü 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu və Naftalan şəhərində yüksək bal toplayan tələbələrlə görüşüb və onları mükafatlandırıb.
Xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil olunan tədbirlərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iştirak ediblər.
Tədbirlərdən öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub. Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafının təmin olunduğu vurğulanıb.
Qeyd olunub ki, 2020-2021-ci il tədris ilində 96 saylı dairə üzrə 292 nəfər abituriyent tələbə adını qazanıb. Bu tələbələrdən 28 nəfər 500-600 bal, 3 nəfər isə 600-dən yuxarı bal toplayıb.
Görüşdə deputat və adı çəkilən rayonların rəhbərləri tərəfindən yüksək bal toplayan tələbələr təbrik olunub, onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər