UNEC tələbələri logistika sahəsində təcrübə proqramına qoşulub

UNEC tələbələri logistika sahəsində təcrübə proqramına qoşulub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 16 məzunu 166 Logistika Akademiyasının təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
İştirakçılar bakalavr və magistr dərəcəsi üzrə məzunlar arasından seçilib. Təcrübəçilər üç ay müddətində şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər təcrübə proqramına qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər