Mayın 15-də 166 Yükdaşıma və Logistika şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Logistikanın inkişaf yolu” mövzusunda konfrans keçirib.
Tələbələrin iştirak etdikləri tədbirdə şirkətin biznesin inkişafı və marketinq departamentinin direktoru Nurlan İmamquliyev, menecerləri Cəlalə Mustafayeva, Fərhad Gülməmmədov, Günel Məmmədova tərəfindən yükdaşımanın qayda və standartları, həmçinin 166 Yükdaşıma və Logistika şirkətinin ölkənin nəqliyyat sektorunda rolu haqqında ətraflı məlumat verilib.
Tələbələr 166 Yükdaşıma və Logistika şirkətində iş imkanları və təcrübə proqramı barədə məlumatlandırılıb.
Xatırladaq ki, 2012-ci ildə fəaliyyətə başlayan 166 brendi hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir.

ADNSU-nun Mətbuat Xidməti