“166 Logistika Akademiyası” yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41-i uğur qazanaraq “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər. Qəbul olunanlar arasında Bakı Dövlət Universitetinin (BDU) 9 məzunu da var.
Universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat, tətbiqi riyaziyyat və kibernetika, coğrafiya ixtisaslarından və “SABAH” qruplarından məzun olan namizədlər seçim mərhələsindən uğurla keçərək yay təcrübə proqramında iştirak hüququ qazanıblar.
“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda, nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. İştirakçılar təcrübəçi kimi rəsmi qeydiyyata alınacaq. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq və onlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Yay təcrübə proqramını həyata keçirməkdə əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.
Tehsil-press.az