BDU tələbələri azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsi layihəsində iştirak edəcəklər

BDU tələbələri azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsi layihəsində iştirak edəcəklər Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsi” layihəsində iştirak edəcəklər.
Gənclər işğaldan azad olunan ərazilərin real ekoloji vəziyyəti ilə tanış olacaq, müxtəlif vasitələrlə yerli və beynəlxalq ictimaiyyəti törədilən ekosid faktlarına dair məlumatlandıracaqlar. Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan layihə çərçivəsində araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaq.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaq.
Qeyd edək ki, layihədə BDU-nun Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri də iştirak hüququ qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər