Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü

Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü Türkiyənin Samsun şəhərində iki bacı bir-birindən 15 dəqiqə fərqlə koronavirusdan dünyasını dəyişib.
Bacılardan biri “Çarşamba” dövlət xəstəxanasının laboratoriyasında, digəri isə həmin xəstəxananın yeməkxanasında işləyib.
Qeyd olunur ki, bacılar 1 ay əvvəl koronavirusa yoluxublar və evdə müalicə alıblar. Lakin bir müddət əvvəl onların vəziyyətləri pisləşib və “Çarşamba” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 36 yaşlı Elif Aydın Yamak bir, 43 yaşlı İlknur Ünal isə dörd uşaq anasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər