FHN: Ötən sutka ərzində dörd nəfər xilas edilib

FHN: Ötən sutka ərzində dörd nəfər xilas edilib Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 37 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 4 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla dörd nəfər xilas edilib, yanğın zamanı bir nəfər xəsarət alıb, həmçinin Bakı şəhərinin Binəqədi rayonunda 1958-ci il təvəllüdlü Səfərov Eldar Sərxan oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Tehsil-press.az


Oxşar xəbərlər