Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb

Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb Xırdalan şəhərində mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Məmmədov Qəmbər İsgəndər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:20-də başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər