Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib

Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov Minskdə onlayn formatda keçirilən “Müasir rabitə vasitələri” mövzusunda beynəlxalq elmi-texniki konfransa qoşulub.
Konfransda professor Tofiq Mansurov “Tam optik şəbəkələrin komponentlərinin işinin qiymətləndirilməsi meyarları” mövzusunda çıxış edib.
Tədbirin sonunda professor Tofiq Mansurov üç il müddətinə beynəlxalq elmi-texniki konfransın plenar və proqram komitəsinə üzv seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər