Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin xalqının etnomədəni tarixində ənənəvi geyimlərin rolunun öyrənilməsinə həsr olunan “Qipao - klassik Çin paltarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yazılı abidə və portretlərdə, qədim Çinin xüsusi qanunlarında kişi və qadın milli geyim formalarını əks etdirən Çin kostyumunun tarixi barədə məlumat verib. R.Abbasov, həmçinin rəsmi və təntənəli mərasimlər üçün nəzərdə tutulan Çin zadəgan və bayram kostyumlarından, Çin geyimlərinin dekorativ elementlərinin simvolizmindən danışıb.
Universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri isə zərifliyi, konseptual milli tərzi, unikal rəng və dekorasiyası ilə fərqlənən Çin ənənəvi ipək geyimləri sayılan “tsipao” kostyumunun xüsusiyyətlərini izah ediblər.
Tehsil-press.az