AzMİU-da şəhid Rauf İbadovun xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

AzMİU-da şəhid Rauf İbadovun xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu şəhid Rauf İbadovun anım gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Yarışdan əvvəl 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Rauf İbadovun tələbəsi olduğu İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva gənclərə şəhidlərimizin keçdiyi yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi və qorumağı tövsiyə ediblər.
Raufun atası Məhərrəm İbadov da şəhidlərə göstərilən dövlət qayğısından danışıb, gənclərə yarışda uğurlar arzulayıb.
Yarışda tələbələr komandalar şəklində mübarizə aparıblar. Birinci yerə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin, 2-ci yerə İnşaat fakültəsinin, 3-cü yerə Memarlıq fakültəsinin komandası çıxıb. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər