Bakı Dövlət Universitetinin Fizika fakültəsində növbəti onlayn elmi seminar

Bakı Dövlət Universitetinin Fizika fakültəsində növbəti onlayn elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində növbəti onlayn elmi seminar keçirilib.
Seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Lalə Qəhrəmanlı “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
L.Qəhrəmanlı yarımkeçirici xalkogenid birləşmələrinin fotovoltaiklərdə, günəş elementlərində, sensor və lazerlərdə geniş tətbiq imkanları, müxtəlif sintez üsulları ilə əldə olunmuş CdxZn1-xS nanohissəciklərin quruluş və fiziki xassələrinin tədqiqi haqqında məlumat verib, müxtəlif reaksiya parametrlərinin nanomaterialların formalaşma mexanizminə, eləcə də formalaşan nanomaterialların fiziki xassələrinə təsirinin öyrənildiyini, eyni zamanda, əldə olunan nəticələrə əsasən müqayisəli analizin aparıldığını qeyd edib.
Sonra seminar iştirakçıları məruzə ilə bağlı müzakirə aparıb, məruzəçi verilən sualları cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər