Genetik Ehtiyatlar İnstitutunda doktorantlar genetika ixtisası üzrə imtahan veriblər

Genetik Ehtiyatlar İnstitutunda doktorantlar genetika ixtisası üzrə imtahan veriblər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan Tehsil-press.az-a bildiriblər ki, imtahanda genetika ixtisası üzrə iki nəfər iştirak edib.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri – professorlar Ramiz Əliyev, Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya elmləri doktoru Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.

Tehsil-press.az

Oxşar xəbərlər