AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda molekulyar biologiya ixtisası üzrə 2 yer uğrunda 3 iddiaçı, biokimya ixtisası üzrə 1 yer uğrunda 3 iddiaçı və riyazi biologiya, bioinformatika ixtisası üzrə 1 yer uğrunda 1 iddiaçı iştirak edib.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda hər bir ixtisas üzrə imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professor Səftər Süleymanov, biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Şahniyar Bayramov, Həsən Babayev, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Ələmdar Məmmədov, Nurməmməd Mustafayev, Zərifə Süleymanova və Samirə Rüstəmovadır.
İmtahan uğurla başa çatıb.
Tehsil-press.az