Botanika İnstitutunda magistrantların dissertasiya işləri müzakirə olunub

Botanika İnstitutunda magistrantların dissertasiya işləri müzakirə olunub AMEA-nın Botanika İnstitutunda təhsilini başa vuran magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.
"Zoom" proqramı vasitəsilə keçirilən iclasda institutun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Eldar Novruzov, təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Əsədova, biologiya elmləri doktoru Könül Baxşəliyeva, magistrantlar və onların elmi rəhbərləri iştirak ediblər.
İclasda 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş mikologiya və bitki fiziologiyası ixtisasları üzrə II kursda təhsil alan magistrantlar Xalidə Hüseynzadə, Yaqut Yusifova və Elnarə İsgəndərlinin dissertasiya işləri müzakirə olunub.
Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat veriblər. Mövzularla bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar sualları cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər