Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru BDU-da ustad dərsi keçib

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru BDU-da ustad dərsi keçib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Müasir ərəb ədəbi dilində alınma sözlər” mövzusunda ustad dərs keçirilib.
Ustad dərsində Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası kafedrasının müdiri professor Şarustam Şamusarov müasir ərəb dilində istifadə olunan alınma sözlərə dair problemə geniş şərh verib. Öz yanaşma tədqiqat metodundan ətraflı bəhs edib.
Sonra BDU-nun Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədovun və dosent Vüqar Qaradağlının mövzu ilə bağlı çıxışları dinlənilib.
Tədbirin sonunda Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Beynəlxalq reytinqlər üzrə şöbəsinin koordinatoru Nilufər İmomova belə disputların elmi müəssisələr arasında əlaqələrin inkişafına xidmət etdiyini bildiriblər.
Ustad dərsinin sonunda bu cür tədbirlərin davamlı təşkil edilməsinə dair razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər