Birləşmiş Ərəb Əmirliklərinin Şərca Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində

Birləşmiş Ərəb Əmirliklərinin Şərca Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində BDU-nun Şərqşünaslıq fakültəsində Birləşmiş Ərəb Əmirlikləri Şərca Universitetinin Humanitar elmlər fakültəsinin müəllim və tələbələri ilə görüş olub. Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə keçirilən görüşdə dekan müavini Cavanşir Məmmədzadə ərəb ölkələri, xüsusilə də BƏƏ ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafından bəhs edib. Dekan müavini, eyni zamanda, fakültənin beynəlxalq əlaqələri, Şərq ölkələri ilə ədəbi-mədəni və elmi müstəvidə olan əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi kimi məsələlərdən danışıb. Sonra Humanitar elmlər fakültəsinin müəllimi Amr Əlsüheyli BƏƏ-nin təsisçisi və keçmiş prezidenti şeyx Zaid bin Sultan Əlnəhyanın daxili və xarici siyasəti, ölkəsinin Azərbaycan ilə elmi-mədəni əlaqələri haqqında məlumat verib.
Qeyd edək ki, tədbirdə Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllim və magistrantları da iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi


Birləşmiş Ərəb Əmirliklərinin Şərca Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində

Oxşar xəbərlər