“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.
Görüşdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan ilə Rusiya arasında elm və təhsil, mədəni-humanitar sahələrdə əməkdaşlıq münasibətlərindən bəhs edib. Rusiyanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf perspektivlərindən danışan rektor “Russkiy mir” Fondunun BDU-da açdığı Rus Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, mərkəzin universitetin həyatında, xüsusilə tələbələr arasında rus dili və ədəbiyyatının, mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. Rektor Rusiya universitetləri ilə BDU arasında elm və təhsil sahəsindəki qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi üçün əməli addımlar atıldığını bildirib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov BDU-nun Rusiyanın ali məktəbləri, elm və təhsil mərkəzləri ilə əlaqələrini yüksək qiymətləndirib. O, BDU-nun Rus Mərkəzi ilə “Rossotrudniçestvo” təşkilatının sıx əlaqələrindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın universitetlərinin flaqmanı olan BDU ilə əməkdaşlığın və birgə layihələrin genişləndiriləcəyinə əminliyini vurğulayıb.
Görüşdə, həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın perspektivləri, BDU və Rusiya universitetləri arasında ikili diplom layihələri, eləcə də birgə elmi-tədqiqat layihələrinin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar BDU-nun Rus Mərkəzi və kitabxanası ilə tanış olublar.
Tehsil-press.az