“Ömür boyu təhsilə əsaslanan karyera inkişafı” mövzusunda vebinar

“Ömür boyu təhsilə əsaslanan karyera inkişafı” mövzusunda vebinar Avropa Təlim Fondu tərəfindən tərəfdaş qurumların cəlb edildiyi “Ömür boyu təhsilə əsaslanan karyera inkişafı” mövzusunda onlayn vebinar keçirilib. Vebinarın məqsədi ömür boyu təhsil çərçivəsində karyera inkişafını dəstəkləyən Avropa İttifaqı ölkələrinin peşəyönümü və karyera məsləhəti sistemləri sahəsində son təcrübələrini və uğurlu nümunələrini paylaşmaq olub.
Vebinarda agentliyin direktor müavini Ceyhun Kərəmov Azərbaycanda peşəyönümü və karyera məsləhəti sahəsində qanunvericilikdən, son islahatlardan və perspektivlərdən danışıb. İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli peşə təhsilinin imicinin yüksəldilməsində həyata keçirilən işlər və tətbiq edilən innovativ kommunikasiya barədə təqdimat edib. Daha sonra şöbə müdirinin müavini Nigar İsmayılzadə-Əsgərova COVID-19 pandemiyası dövründə uğurlu peşəyönümü tədbirləri və karyera mərkəzlərinin yaradılmasına dair çıxış edib.
Sonda ekspertlərlə beynəlxalq təcrübə və gələcək çağırışlara dair təkliflər üzrə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər