BDU-da Nizami irsinə həsr olunmuş yarış keçirilib

BDU-da Nizami irsinə həsr olunmuş yarış keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində Nizami Gəncəvi ilinə həsr olunmuş Xəmsə yarışması turnirinə start verilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov və fakültənin dekan müavini Şahin Yusifli çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verib, gənclərin böyük şairin yaradıcılığına olan marağını yüksək qiymətləndiriblər.
Sonra tələbələrin böyük maraq və həyəcanla izlədikləri yarımfinal mərhələsində finala vəsiqə qazanan iştirakçıların adları açıqlanıb və növbəti həftədə isə final turnirinin keçiriləcəyi bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər