Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi və kamil insan konsepsiyası” mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə və Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq keçirilib.
Tədbirin keçirilməsinə görə Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev BSU-nun rəhbərliyinə və iştirakçılara təşəkkür edib.
Dəyirmi masanın moderatoru, Azərbaycan filologiyası fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi nəinki Şərqin, eləcə də bütün dünyanın bədii və ictimai fikrinin mütərəqqi ideyalarla zənginləşməsində mühüm rol oynayıb. Tədbirin keçirilməsində əsas məqsəd Nizami Gəncəvi yaradıcılığını daha dərindən təbliğ etmək, onun humanist ideyalarını bir daha cəmiyyətə çatdırmaqdır.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.
Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, bu günədək universitetdə Nizami Gəncəvinin həyat və bədii yaradıcılığı haqqında 10-dan çox tədbir keçirilib. Bu tədbirlərin hər biri məzmun və forma baxımından bir-birindən fərqli olub. Bizim Nizami Gəncəvi ilə bağlı bu tədbirləri keçirməyimiz mənəvi borcumuzdur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev həmişə Nizami Gəncəvi yaradıcılığına yüksək qiymət verib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi mütəfəkkir şairin yaradıcılığına verilən yüksək qiymətin əyani sübutudur. Dahi Nizami Avropa İntibahından çox əvvəl Şərq İntibahını yaradıb. “Xəmsə” yaradılmasının ənənəsini qoyub. Sonradan yeni “Xəmsə”lər yaransa da, bütün dünyada Nizami Gəncəvinin “Xəmsə”si daha üstün tutulur.
Tədbirdə Nizami Gəncəvinin yaradıcılığı haqqında slayd nümayiş etdirilib.
Sonra Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd “Nizaminin insan konsepsiyasının əsas diskursları” mövzusunda, həmin kafedranın professoru Nizami Məmmədov “Nizami Gəncəvinin yaradıcılığı, əsərlərinin dili və digər məsələlərlə bağlı mülahizələr” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Nizami Gəncəvinin zəngin ədəbi irsi, fəlsəfi görüşləri hərtərəfli təhlil edilib, böyük şair və mütəfəkkirin ədalətli cəmiyyət, sülh, humanizm, kamil insan haqqında fikirləri dolğun şəkildə diqqətə çatdırılıb. Xüsusi qeyd edilib ki, Nizami Gəncəvinin yaradıcılığında ədalət anlayışı ilə kamil insan anlayışı vəhdət təşkil edir.
Yüksək elmi səviyyəyə malik məruzələr dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Diskussiya formasında davam edən dəyirmi masada Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva və tələbə-gənclər Nizami Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərlərindən danışıblar.
Tədbirdə, həmçinin nizamişünas Əsgər Məmmədov müəllifi olduğu “Nizami Gəncəvinin hikmət və nəsihətləri, kəlamları, aforizmləri” kitabı haqqında ətraflı məlumat verib, qüdrətli söz ustadının müdrikliyə, xeyirxahlığa, ədalətə səsləyən yaradıcılığı və fəlsəfi görüşləri barədə fikirlərini bölüşüb.
Tehsil-press.az