Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində BDU-nun Elmi Kitabxanası, M.F.Axundzadə adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, ADA Universiteti Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi ilə birgə “Elektron kataloq - yüksək texnologiyaların nəticəsi kimi” mövzusunda tələbə elmi konfransı keçirilib.
Elmi konfransda BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, professor Mais Süleymanov bu gün universitetdə elmi tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bu istiqamətdə həyata keçirilən islahatlar və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlilinin BDU-nun yaxın gələcəkdə təhsilin səviyyəsinə və elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacağına, nüfuzlu tədqiqat universitetinə çevriləcəyinə deməyə əsas verdiyini qeyd edib.
Sonra Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransın keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, eyni zamanda, tələbələrdə elmi tədqiqata marağın artırılması, onlarda nəzəri biliklərlə yanaşı təcrübi biliklərin də formalaşdırılması baxımından bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.
Konfransda tələbələr “M.F.Axundzadə adına Milli Kitabxanada avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və istifadə səmərəliliyi”, “AMEA MEK-də avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və elektron kataloqun axtarış imkanları”, “BDU-nun Elmi Kitabxanasında avtomatlaşdırma proseslərinin tarixi təkamülü və müasir vəziyyəti”, “ADA Universiteti Kitabxanasında elektron resurslarla xidmət və elektron kataloqun istifadə səmərəliliyi” və “UNEC Kitabxana İnformasiya Mərkəzində avtomatlaşdırma prosesləri və elektron kataloq” mövzularında təqdimatla çıxış ediblər. Təqdimatlarda adı çəkilən kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, müəyyən nəticələr təqdim edilib, təkliflər irəli sürülüb.
Tehsil-press.az