Günahsız ola-ola 42 il həbsdə yatdı

Günahsız ola-ola 42 il həbsdə yatdı ABŞ-ın Kansan şəhərində üç cinayət işlədiyinə görə, 43 nil həbs yaztan Kevin Strickland azadlığa buraxılıb.
1979-cu ildə ömürlük həbs cəzasına məhkum edilən şəxsin bəhs edilən cinayətləri törətdiyini sübuta yetirən faktlar aşkarlanmayıb.
Məsələ burasındadır ki, Stricklanda qarşı şahid qismində çıxış edən şəxs də ifadəsini dəyişdirib və əvvəlkini polisin təzyiqi altında verdiyini bildirib.
19 yaşında ikən həbs edilən və 62 yaşında azadlığa buraxılan Strickland, ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə yatan şəxslərdən biri olub.
Missouri əyalət qanunlarına görə, günahı olmadığı DNA testiylə təsdiqlənən keçmiş məhkumlar haqsız yerə həbs həyatı yaşadıqları üçün təzminat tələb edə bilməzlər. Bu səbəbdən qanun Stricklanda təzminat almaq haqqı vermir. Bunun əvəzində aparılan yardım kampaniyası çərçivəsində onun üçün 100 min dollar toplanılıb.

Tehsil-press.az


Oxşar xəbərlər