Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulu davam edir

Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulu davam edir Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mühafizəçi ixtisası üzrə qısamüddətli təlimə müraciət qəbul edir.
Təlim iştirakçıları Azərbaycan qanunvericiliyi, tibbi, psixoloji, xüsusi və texniki hazırlıq, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb olunacaq.
Təlimə 20 yaşdan yuxarı hərbi xidmət keçmiş, (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla), məhkumluğu olmayan, fiziki cəhətdən sağlam, minimum olaraq orta təhsilli şəxslər müraciət edə bilərlər. Təhlükəsizlik sahəsində təcrübənin olması üstünlük hesab edilir.
Seçim prosesi ərizə qəbulu, müsahibə və tələb edilən sənədlərin qəbulu mərhələlərindən ibarətdir.
Son mərhələdə seçilmiş şəxslərdən aşağıdakı sənədlər tələb ediləcək:
- sağlamlıq haqqında arayış;
- məhkumluq haqqında arayış;
- hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər təsdiqedici sənəd təqdim etməlidirlər).
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək təlim bir ay davam edəcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikat alacaq.
Təlimə qoşulmaq üçün müraciətlər noyabrın 30-dək qəbul olunur.

Tehsil-press.az


Oxşar xəbərlər